Nasos Stansiyalarının Avtomatlaşdırılması
Su təchizatı, kanalizasiya və sənaye nasos stansiyaları üçün PLC, SCADA və VFD əsaslı tam avtomatlaşdırma həlləri. Təzyiq, səviyyə və sərf nəzarətindən uzaqdan monitorinq və enerji optimallaşdırılmasına qədər vahid idarəetmə sistemi.
Nasosxananı ağıllı idarəetmə sisteminə çeviririk
SR Project yeni və mövcud nasos stansiyalarında avtomatik idarəetmə, monitorinq, qoruma və uzaqdan nəzarət sistemlərinin layihələndirilməsi, proqramlaşdırılması, inteqrasiyası və işə salınmasını həyata keçirir.
PLC idarəetməsi
Nasosların avtomatik start/stop, duty/standby və növbəli işləmə alqoritmlərinin proqramlaşdırılması.
SCADA & HMI
Nasosların, rezervuarların, təzyiqin, sərfin və alarm vəziyyətlərinin real vaxtda vizual monitorinqi.
VFD idarəetməsi
Tezlik çeviriciləri vasitəsilə təzyiqin stabil saxlanması, yumşaq işəsalma və enerji sərfiyyatının optimallaşdırılması.
Sensor & Instrumentation
Pressure, level və flow transmitter-lərin PLC/SCADA sisteminə inteqrasiyası və ölçmə məlumatlarının emalı.
Alarm & Protection
Dry-run, overload, yüksək/aşağı təzyiq, yüksək səviyyə və digər qəza vəziyyətlərinin avtomatik aşkarlanması.
Remote Monitoring
Operator və texniki heyət üçün uzaqdan monitorinq, hadisə tarixçəsi, alarm və telemetriya imkanları.
Sensorlardan SCADA-ya qədər vahid sistem
Sahə avadanlıqları, idarəetmə paneli və operator sistemləri vahid avtomatlaşdırma arxitekturasında birləşdirilir.
Su və sənaye infrastrukturu üçün
Su təchizatı nasos stansiyaları
Şəhər, yaşayış kompleksi və sənaye obyektlərinin su təchizatı sistemlərində avtomatik təzyiq və nasos idarəetməsi.
Kanalizasiya nasos stansiyaları
Səviyyəyə əsaslanan nasos idarəetməsi, qəza alarmı, duty/standby rejimi və uzaqdan nəzarət.
Su təmizləmə qurğuları
Təmizləmə prosesində nasos, rezervuar və ölçü cihazlarının PLC/SCADA sisteminə inteqrasiyası.
Sənaye nasos sistemləri
Zavod və istehsalat proseslərində nasos qruplarının avtomatlaşdırılması və mövcud sistemlərin modernizasiyası.
Mövcud nasosxananı da avtomatlaşdıra bilərik
Tamamilə yeni sistem qurmaq həmişə tələb olunmur. Mövcud elektrik paneli, nasoslar və sahə avadanlıqları analiz edilərək PLC, VFD, sensorlar və SCADA əlavə edilə bilər.
Panel modernizasiyası
Köhnə idarəetmə panelinin PLC/VFD əsaslı yeni sistemə keçirilməsi.
PLC & SCADA Upgrade
Mövcud avtomatlaşdırma proqramının yenilənməsi və əlavə funksiyaların inteqrasiyası.
Commissioning & Service
Sahədə test, proqram sazlanması, işə salma, troubleshooting və texniki dəstək.
Nasos stansiyanız üçün texniki təklif alın
Layihəni, BOQ-u, nasos məlumatlarını və ya mövcud idarəetmə panelinin şəkillərini bizə göndərin. Mühəndislərimiz sistemi analiz edib uyğun avtomatlaşdırma həllini hazırlayacaq.