PLC Programming
Texnoloji alqoritmlərin hazırlanması, I/O mapping, interlock, alarm, sequence control, PID və motor idarəetmə məntiqinin proqramlaşdırılması.
SR Project sənaye müəssisələri, nasos stansiyaları, su və tullantı su sistemləri, HVAC və digər texnoloji proseslər üçün PLC proqramlaşdırma, HMI və SCADA inteqrasiyası, VFD idarəetməsi, sənaye kommunikasiya şəbəkələri və commissioning xidmətləri təqdim edir.
Məqsədimiz yalnız PLC kodu yazmaq deyil. Sahə cihazlarından idarəetmə və vizuallaşdırmaya qədər etibarlı, servis oluna bilən və gələcəkdə genişləndirilə bilən avtomatlaşdırma arxitekturası qururuq.
Texnoloji alqoritmlərin hazırlanması, I/O mapping, interlock, alarm, sequence control, PID və motor idarəetmə məntiqinin proqramlaşdırılması.
Operator üçün aydın HMI ekranları, proses vizuallaşdırılması, alarm və statusların göstərilməsi, setpoint və idarəetmə funksiyaları.
Mərkəzləşdirilmiş monitorinq, real-time proses məlumatları, alarm management, trend və uzaqdan nəzarət üçün SCADA inteqrasiyası.
Nasos, fan və digər mühərriklərin tezlik çeviriciləri ilə idarə olunması, PLC rabitəsi, sürət tənzimlənməsi və enerji səmərəliliyi.
Modbus TCP/RTU, PROFINET, EtherNet/IP və digər sənaye protokolları vasitəsilə PLC, HMI, VFD, Remote I/O və cihazların inteqrasiyası.
Yeni sistemlərin işə salınması, mövcud avtomatikanın diaqnostikası, PLC/HMI modernizasiyası və köhnə idarəetmə sistemlərinin yenilənməsi.
PLC sistemi prosesin real iş prinsipinə uyğun hazırlanmalıdır. SR Project avtomatlaşdırma layihələrində elektrik, mexanika və proses avadanlıqları arasındakı əlaqəni nəzərə alaraq idarəetmə məntiqini qurur.
Layihə yeni sistem, mövcud qurğunun genişləndirilməsi və ya modernizasiya ola bilər. Məqsəd etibarlı idarəetmə, nasazlıqların daha tez aşkarlanması və operator üçün aydın proses nəzarətidir.
Avtomatlaşdırma həllərini obyektin prosesinə və əməliyyat tələblərinə uyğun layihələndiririk.
Nasosların PLC və VFD ilə idarə olunması, təzyiq və səviyyəyə görə avtomatik iş rejimi, növbələmə, alarm və SCADA monitorinqi.
Su təmizləmə və wastewater proseslərində nasos, blower, valve, sensor və digər avadanlıqların avtomatik idarə olunması.
İstehsal proseslərinin PLC əsaslı idarə olunması, motor və VFD nəzarəti, sensor inteqrasiyası və operator vizuallaşdırılması.
Chiller, AHU, fan, pump və digər mühəndis sistemlərinin PLC/BMS platformaları ilə idarə olunması və mərkəzləşdirilmiş monitorinqi.
Layihəni yalnız proqramlaşdırma kimi deyil, tam mühəndislik prosesi kimi idarə edirik.
Daha geniş həll üçün SCADA və sənaye avtomatlaşdırılması, BMS bina avtomatlaşdırılması və HVAC / VRV / VRF sistemləri xidmətlərimizə baxa bilərsiniz.
Mövcud texniki tapşırığı, avadanlıq siyahısını və ya layihə məlumatlarını göndərin. SR Project komandası PLC, SCADA, VFD və sənaye avtomatlaşdırılması üzrə texniki həlli qiymətləndirəcək.