Layihə haqqında
Toyota Abşeron Mərkəzi obyektində mövcud yanğın təhlükəsizliyi sistemlərinin texniki vəziyyətinin yoxlanılması və funksional sınaqları SR Project MMC tərəfindən həyata keçirilib.
İşlər çərçivəsində yanğın detektorları, sprinkler sistemi və yanğın su sisteminin əsas komponentləri yoxlanılıb. Sistemin işlək vəziyyəti sınaqdan keçirilib, yanğın su sistemində su yenilənib və sistemə avtomatika inteqrasiyası həyata keçirilib.
Görülən işlər
- Yanğın təhlükəsizliyi sisteminin ümumi texniki diaqnostikası
- Yanğın detektorlarının yoxlanılması və funksional testləri
- Sprinkler sisteminin texniki yoxlanılması
- Yanğın su sisteminin yoxlanılması
- Sistemdəki suyun yenilənməsi
- Avadanlıqların funksional sınaqları
- Avtomatika sisteminin inteqrasiyası
- Kompleks sistem testləri və işə salma
Yanğın təhlükəsizliyi və avtomatika inteqrasiyası
Yanğın təhlükəsizliyi sistemlərinin etibarlı işləməsi yalnız ayrı-ayrı avadanlıqların yoxlanılması ilə məhdudlaşmır. Detektorlar, sprinkler və yanğın su sistemi ilə idarəetmə avtomatikasının koordinasiyalı işləməsi sistemin ümumi təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.
SR Project MMC yanğın təhlükəsizliyi, sənaye avtomatlaşdırılması, PLC/SCADA, BMS və mühəndislik sistemlərinin inteqrasiyası, texniki yoxlanılması, test və işə salınması üzrə xidmətlər göstərir.