BMS layihələndirmə
Obyektin texniki tələblərinə uyğun BMS arxitekturası, idarəetmə məntiqi, şəbəkə strukturu və avadanlıq seçimi.
SR Project BMS (Building Management System) və bina avtomatlaşdırılması sistemlərinin layihələndirilməsi, proqramlaşdırılması, quraşdırılması, inteqrasiyası və texniki xidmətini həyata keçirir.
BMS sistemi HVAC, isitmə, soyutma, havalandırma, enerji, nasos, işıqlandırma və digər mühəndis sistemlərini mərkəzləşdirilmiş şəkildə monitorinq və idarə etməyə imkan verir.
Obyektin texniki tələblərinə uyğun BMS arxitekturası, idarəetmə məntiqi, şəbəkə strukturu və avadanlıq seçimi.
Controller, PLC, HMI və BMS proqram təminatının hazırlanması, vizuallaşdırma və idarəetmə alqoritmlərinin qurulması.
VRV/VRF, AHU, FCU, chiller, qazanxana, nasos və havalandırma sistemlərinin BMS platformasına inteqrasiyası.
Elektrik, istilik və digər enerji göstəricilərinin real vaxtda monitorinqi, hesabatlandırılması və enerji sərfiyyatının optimallaşdırılması.
BMS sistemlərinin SCADA, PLC və digər avtomatlaşdırma sistemləri ilə inteqrasiyası və vahid idarəetmə strukturunun yaradılması.
Mövcud BMS sistemlərinin diaqnostikası, sazlanması, genişləndirilməsi, proqram yenilənməsi və modernizasiyası.
Düzgün qurulmuş Building Management System binanın enerji səmərəliliyini artırmağa, avadanlıqların işinə nəzarəti yaxşılaşdırmağa və texniki nasazlıqların daha tez aşkarlanmasına imkan verir.
SR Project yeni obyektlər üçün sıfırdan BMS həlləri hazırlayır, həmçinin mövcud bina avtomatlaşdırılması sistemlərinin modernizasiyasını həyata keçirir.
BMS layihənizi müzakirə edinHVAC, enerji, işıqlandırma və mühəndis sistemlərinin vahid idarə edilməsi.
Komfort, enerji səmərəliliyi və avadanlıqların mərkəzləşdirilmiş idarə edilməsi.
BMS, SCADA və PLC sistemlərinin inteqrasiyası və proseslərin monitorinqi.
HVAC, enerji və kritik mühəndis sistemlərinin etibarlı monitorinqi.
Layihələndirmədən proqramlaşdırmaya, quraşdırmadan commissioning və texniki xidmətə qədər BMS layihələrini tam mühəndislik yanaşması ilə həyata keçiririk.
Bizimlə əlaqə saxlayın