Siemens SINAMICS G120C
Kompakt sənaye tezlik çeviricisi. PROFINET interfeysi sayəsində Siemens SIMATIC PLC və sənaye avtomatlaşdırma sistemlərinə inteqrasiya üçün uyğundur.
Əsas texniki xüsusiyyətlər
| İstehsalçı | Siemens |
| Seriya | SINAMICS G120C |
| Article No. | 6SL3210-1KE18-8UF1 |
| Nominal güc | 4.0 kW |
| Giriş gərginliyi | 3 faza, 380–480 V AC |
| Kommunikasiya | PROFINET |
| Təhlükəsizlik funksiyası | Safe Torque Off (STO) |
| Mühafizə dərəcəsi | IP20 |
| Tətbiq | Nasos, fan, konveyer və sənaye mühərriklərinin idarə olunması |
PLC və SCADA inteqrasiyası
SINAMICS G120C PROFINET vasitəsilə Siemens SIMATIC PLC sistemlərinə qoşula bilər. SR Project VFD-nin layihəyə uyğun seçilməsi, parametrləşdirilməsi və avtomatlaşdırma sisteminə inteqrasiyasını həyata keçirir.
- VFD seçimi və texniki uyğunluğun yoxlanması
- Quraşdırma və parametrləşdirmə
- Siemens S7-1200 və digər PLC sistemlərinə inteqrasiya
- PROFINET kommunikasiya sazlanması
- SCADA/HMI üzərindən idarəetmə və monitorinq
- Commissioning və texniki dəstək
Siemens SINAMICS G120C Azərbaycanda
SR Project Siemens SINAMICS G120C tezlik çeviricilərinin layihənin texniki tələblərinə uyğun seçilməsi və sifariş əsasında Azərbaycana təchizatı üzrə xidmət göstərir.
Qiymət təklifi üçün mühərrikin gücünü, gərginliyini, tətbiq sahəsini, tələb olunan kommunikasiya interfeysini və miqdarı bizə göndərin.